Aygün & Rauf – Aya

AYGÜN & RAUF – AYA

Söz/Musiqi: Nicat Məlikov
Musiqi prodüseri: Fərid İsmayılov
Səs uzlaşması və masterinq: Ramin Vəlibəyov
Rejissor: Nicat Məlikov
Ssenari və rejissor asistenti: Elnurə Nağıyeva
Operator: Rauf Qurbanaliyev
Rəssam : Zaur Abdullayev
Post Production: Fərid Əhmədov
Texniki təchizat: ULTRA Production
Baş prodüser Aysel Rəcəbli

Mahnının SÖZLƏRİ:

Nə dost, nə tanış
Nə tənqid, nə alqış
Kosmik gəmidə
Uçuruq yenə.
Hələ var yanacaq,
Aya qədər çatacaq.
Özümüzük təkbətək,
Cənnət…

Uçuruq Aya, Aya!
Hamıdan gizlənək
Sevək, sevək, gedək.
Aya, Aya!
Qalaq təkbətək,
Hamıdan gizlənək.

Hamıdan gizlənək,
Sevək, sevək, gedək.

Qalaq təkbətək,
Hamıdan gizlənək.

Kosmik gəmidə ikimizik yenə,
İkimizik yenə iki-ikimizik yenə.
Kosmik gəmidə ikimizik yenə,
İkimizik yenə iki-ikimizik yenə.

Sevgi adına kosmik gəmi
İki sərnişin var cəmi.
Sən, mən – bir.
Musiqi – iki.
Olduq nəhayət şəbəkə xarici
Tutmur 4G, sakitçilik…
Yerdə yoxdur bizə yer,
Ona gorə dəyişir atmosfer.

Uçuruq Aya, Aya!
Hamıdan gizlənək
Sevək, sevək, gedək
Aya, Aya!
Qalaq təkbətək,
Hamıdan gizlənək.

Yerdə yoxdur bizə yer,
Ona gorə dəyişir atmosfer.

Hamıdan gizlənək,
Sevək, sevək.

Ula-la-la
Mən ayda sərbəstəm.
La-la-la
Özüm aypərəstəm.
Ula-la-la
Səninlədir dəstəm,
Ula-la-la
Bu haqdadır bəstəm.

Aya, Aya!
Hamıdan gizlənək
Sevək, sevək, gedək.
Aya, Aya!
Qalaq təkbətək,
Hamıdan gizlənək.

Yerdə yoxdur bizə yer,
Ona gorə dəyişir atmosfer.

Kosmik gəmidə ikimizik yenə,
İkimizik yenə iki-ikimizik yenə.
Kosmik gəmidə ikimizik yenə,
İkimizik yenə iki-ikimizik yenə.

Hamıdan gizlənək,
Sevək, sevək, gedək.